• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Bakının bəzi yerlərində avtostansiyalar yaradıla bilər

11.06.18 16:44 762
Bakının bəzi yerlərində avtostansiyalar yaradıla bilər
"Azərbaycanda avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür".

"APA-Economics" xəbər verir ki, bunu Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

H.Həsənovun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir.

"Şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası da diqqət mərkəzindədir. Eyni zamanda, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların "avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi üçün təkliflər hazırlanır, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili istiqamətində tədbirlər görülür”,- deyə H.Həsənov vurğulayıb.
banner

Oxşar Xəbərlər