• şənbə, 20 Aprel, 12:50
  • Baku Bakı 23°C

Bakının bəzi rayonlarında 3 gün su olmayacaq

19.05.14 15:34 1944
Bakının bəzi rayonlarında 3 gün su olmayacaq
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcək. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Lent.az-a verilən xəbərə görə, bununla əlaqədar mayın 20-si saat 00.00-dan Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılacaq.
Bu müddətdə Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələrinin də bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.
”Azərsu” ASC yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyir.
banner

Oxşar Xəbərlər