• şənbə, 20 Aprel, 14:28
  • Baku Bakı 23°C

Bakının Avroliqanın finalını keçirməyə namizəd olan rəqiblərindən biri azalıb

08.04.17 11:15 766
Bakının Avroliqanın finalını keçirməyə namizəd olan rəqiblərindən biri azalıb
2019-cu il mayın 29-da Avropa Liqasının final matçını keçirməyə namizəd olan Bakı Olimpiya Stadionunun rəqiblərindən biri azalıb.
"Report"un məlumatına görə, Almaniya Futbol İttifaqı Frankfurtdakı "Kommersbank Arena" ilə Ştutqartdakı "Mercedes-Benz Arena" arasında seçim aparıb.
Nəticədə üstünlük ikinciyə verilib. Ərizə bu il iyunun 6-dək təqdim olunmalıdır. Final matçının keçiriləcəyi şəhər sentyabrın 20-də açıqlanacaq.
Ştutqartdakı stadionun tutumu 60 min 449 nəfərdir. 2018-2019 mövsümündə Avropa Liqasının final matçını keçirməyə Gürcüstanın paytaxtı Tbilisidəki "Dinamo Arena", Şotlandiyanın paytaxtı Qlazqodakı "Hampden Park", İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş Arena" da namizəddir.
banner

Oxşar Xəbərlər