• cümə axşamı, 18 aprel, 22:00
  • Baku Bakı 21°C

Bakıətrafı qəsəbələrdə sürüşmə təhlükəsi

09.12.14 11:23 1125
Bakıətrafı qəsəbələrdə sürüşmə təhlükəsi
Coğrafiya İnstitutu: Yağıntılar intensiv şəkildə davam etsə, Bakıətrafı qəsəbələrdəki sürüşmə sahələrində sürüşmənin sürətlənməsi ehtimalı böyükdür
“Paytaxtda, xüsusilə Bakıətrafı qəsəbələrdəki sürüşmə sahələrində vəziyyət yaxşı deyil.
Yağıntılar bir neçə gün də intensiv şəkildə davam etsə, həmin ərazilərdə sürüşmənin sürətlənməsi ehtimalı böyükdür. Belə proseslərə hazır olmaq lazımdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib.
Bakıda vəziyyətin çox gərgin olduğunu deyən E.Əlizadənin sözlərinə görə, Zığda, Yeni Günəşlidə, Əhmədli zonasında, Masazırdakı sürüşmə sahələrində aktivləşmə var: “Hələlik Bayılda və Badamdar yoxuşunda fəallaşma qeydə alınmayıb. Amma qalan zonalarda aktivlikartıq var. Bu təbiidir və təkcə yağıntı ilə əlaqəli deyil. Kommunikasiya xətlərindəki problemlərin də bu məsələdə boyük rolu var. Bu proses daha çox Bakıətrafı qəsəbələrdə yaranır. Çünki orada bir çox ərazidə kanalizasiya sistemi yoxdur, məişət suları birbaşa torpağa axıdılır. Yağıntılar nəticəsində də sürüşmənin aktivləşməsi yaranır. Atmosfer yağıntıları bu prosesi bir qədər də gücləndirir”.
banner

Oxşar Xəbərlər