• çərşənbə, 17 Aprel, 00:00
  • Baku Bakı 14°C

«Bakıelektrikşəbəkə»dən xəbərdarlıq: İşığınız kəsiləcək

04.07.13 10:12 1321
«Bakıelektrikşəbəkə»dən xəbərdarlıq: İşığınız kəsiləcək
«Bakıelektrikşəbəkə» ASC-nin fəaliyyəti dövründə borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı iyulun 8-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, borcunu göstərilən müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək: «Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlər üçün müəyyən problemlər yaradacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur».
banner

Oxşar Xəbərlər