• cümə axşamı, 25 aprel, 17:49
  • Baku Bakı 23°C

Bakıdan İstanbul və Ankaraya olan aviareyslər təxirə salınıb

16.07.16 11:48 1163
Bakıdan İstanbul və Ankaraya olan aviareyslər təxirə salınıb
Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları” QSC-nin İstanbul və Ankaraya olan aviareysləri təxirə salınıb.
Bu barədəAZƏRTAC-a "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O bildirib ki, iyulun 16-da saat 06:45-də və 08:45-də həyata keçirilməli olan Bakı-İstanbul aviareysləri təxirə salınıb. Həmçinin saat 09:10-da Bakı-Ankara aviareysi də ləğv olunub.
P.Kəsəmənski qeyd edib ki, bu reyslərə aviabilet alan sərnişinlər biletləri istədikləri tarixə pulsuz dəyişdirə və yaxud heç bir əlavə ödəniş etmədən qaytara bilərlər. Türkiyə kurortlarına olan aviareyslər isə heç bir dəyişiklik olmadan cədvələ uyğun yerinə yetirilir.
banner

Oxşar Xəbərlər