• çərşənbə axşamı, 16 aprel, 09:28
  • Baku Bakı 14°C

Bakıdakı “Moskva” univermağı yanıb

14.03.14 07:53 1664
Bakıdakı “Moskva” univermağı yanıb
Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayonu 5-ci mikrorayon Cavadxan küçəsində yerləşən “Moskva” Univermağında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 7 yanğınsöndürən maşını cəlb edilib.
***
Fövqəladə Hallar Nazirliyi “Moskva” univermağında baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın Nazirliyi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva" univermağının binasında yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb.
***
Bakıda ticarət mərkəzində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə XidmətindənAPA-ya verilən məlumata görə, hadisə "Moskva" univermağında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər