• cümə, 26 Aprel, 12:48
  • Baku Bakı 23°C

Bakıdakı bağçada yoxlamalar dəhşətli faktlar üzə çıxardı

22.04.14 14:18 1371
Bakıdakı bağçada yoxlamalar dəhşətli faktlar üzə çıxardı
Teleqraf.com-un xəbərinə görə, bu və digər ciddi nöqsanlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən uşaq bağçasında apardığı yoxlama zamanı üzə çıxıb.
Yoxlama zamanı bağçanın soyuducusunda son istifadə tarixi bitmiş hər biri 200 qram olmaqla 12 ədəd kəsmik məmulatı, 1 ədəd 8 kiloqramlıq qatıq məhsulu aşkar edilib. Həmçinin bağçada mərkəzləşdirilmiş menyunun olmasına baxmayaraq, uşaqlara menyudan kənar yeməklərin verildiyi aşkar edilib ki, bu da uşaqların inkişafının, boy artımının, adekvat immunitetinin əldə edilməsinə maneədir.
Hər qrupun qapısında valideynlərin bağçaya ərzaq gətirməsinin qadağan olduğunu bildirən tablolar yerləşdirilsə də, yoxlama zamanı uşaqların şkaflarında tərkibində kəskin ədviyyatlar olan çipsilər, kremli pirojnalar və digər məhsullar aşkar edilib. Bundan başqa bağçada məhsulların soyuducularda mal qonşuluğuna əməl olunmadan saxlanıldığı da aşkar edilib.
banner

Oxşar Xəbərlər