Bakıdakı aerobika üzrə dünya çempionatı təxirə salındı
Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.
Əlavə edilib ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında çempionatın növbəti tarixi ilə bağlı müzakirələr aparılır.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FİG) bəyanat yayıb.
Qeyd edilir ki, mayın 14-16-da Bakıda keçirilməsi planlaşdırılan çempionat koronavirus infeksiyası səbəbilə qeyri-müəyyən müddətə təxirə düşüb.Əlavə edilib ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında çempionatın növbəti tarixi ilə bağlı müzakirələr aparılır.