• cümə, 19 Aprel, 10:44
  • Baku Bakı 13°C

Bakıda zəif duman, çiskin olacaq

16.01.17 15:20 1086
Bakıda zəif duman, çiskin olacaq
Bakı və Abşeron yarımadasında yanvarın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər