• şənbə, 20 Aprel, 16:51
  • Baku Bakı 23°C

Bakıda yumurta qıtlığı müşahidə olunmur - Nazirlik

26.12.13 12:09 1405
Bakıda yumurta qıtlığı müşahidə olunmur - Nazirlik
Bu barədə «APA-Economics»ə istehlakçılar tərəfindən şikayətlər daxil olub.
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev «APA-Economics»ə bildirib ki, hazırda paytaxt mağazalarında heç bir yumurta qıtlığı müşahidə olunmur.
Onun sözlərinə görə, dekabrın ilk yarısında ölkədə yumurtanın pərakəndə satış qiymətinin bahalaşması müşahidə olunub: «Təxminən 10 gün əvvəl 1 ədəd yumurtanın qiyməti 14 qəpiyə olub. Nazirlik tərəfindən aparılan yoxlamalar və şənbə-bazar günləri təşkil olunan yarmarkalar vasitəsilə qiymətin enməsinə nail olunub. Nəticədə, bu yarmarkalarda yumurtanın qiyməti 10-11 qəpiyə düşüb».
Nazirlik rəsmisi qeyd edib ki, Yeni İl bayramı ərəfəsində də paytaxt ərazisində analoji yarmarkalar təşkil olunacaq: «Dekabrın 28-31-də bayram yarmarkaları təşkil olunacaq. Burada yumurtanın qiymətinin 9-10 qəpik olacaq. Hətta böyük sayda yumurta almaq istəyənlər bu yarmarkalardan ucuz qiymətə istədikləri qədər yumurta ala bilərlər».
Qeyd edək ki, Yeni İl bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə paytaxtın müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq.
banner

Oxşar Xəbərlər