AZE | RUS | ENG |


Bakıda yük maşını aşıb, sürücü ölüb

Bakıda yük maşını aşıb, sürücü ölüb
Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yük maşınının aşması ölümlə nəticələnib.
 
APA-nın xəbərinə görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.
 
Məlumata görə, yol qəzasına "20 Yanvar" dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkət edən "Howo" markalı yük maşınının arxa təkərlərindən birinin qəfildən sıradan çıxmasının səbəb olduğu ehtimal edilir. İlkin məlumata görə, avtomaşının əyləc sisteminin sıradan çıxıb. Sürücünün özünü avtomaşından kənara atmaq istəməsi isə faicə ilə nəticələnib. O,  avtomaşının altında qalaraq faciəli şəkildə dünyasını dəyişib.
 
Yol qəzasının təfərrüatları ilə bağlı Yasamal RPİ-nin istintaqçıları araşdırma aparır. Polis yük maşınının əslində əyləc sisteminin, yoxsa təkərinin sıradan çıxması ilə bağlı səsləndirilən ehtimalların üzərində də işləyir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN