• cümə axşamı, 25 aprel, 09:35
  • Baku Bakı 14°C

Bakıda yük avtomobilləri toqquşdu: 3 yaralı

03.09.13 18:45 947
Bakıda yük avtomobilləri toqquşdu: 3 yaralı
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda "KamAZ" və "DAF" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərin sürücüləri və 1 nəfər sərnişin yaralanıb.
Xilasedicilər xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərib və aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
banner

Oxşar Xəbərlər