• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

Bakıda yol polisi qəza törətdi

22.05.13 17:45 1442
Bakıda yol polisi qəza törətdi
Bu gün saat 18:15 radələrində Bakının Binəqədi rayonu ərazisində avto qəza baş verib. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, 10-YP–391 dövlət nömrə nişanlı yol polisi maşını 6-cı mikrorayon ərazisində idarəetməni itirərək uçaraq yoldan çıxıb.
Şahidlərin verdiyi məlumata görə, Zərifə Əliyeva parkından “Nəsimi metrosu” istiqamətinə sürətlə hərəkət edən YPX maşını yoldakı çuxura düşüb, bu zaman sükan arxasındakı polis idarəetməni itirib və nəticədə maşın əsas yoldan yardımçı yola yuvarlanıb. Nəticədə YPX maşını ciddi əzilib, ancaq tələfat və yaralanma olmayıb. Hadisədən çəkilmiş fotları təqdim edirik.
banner

Oxşar Xəbərlər