• cümə, 19 Aprel, 03:15
  • Baku Bakı 18°C

Bakıda yol kənarında maşın saxlamaq qadağan edildi

22.08.13 10:56 1765
Bakıda yol kənarında maşın saxlamaq qadağan edildi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində tıxacların aradan qaldırılması, həmçinin piyadaların təhlükəsiz hərəkətini tam təmin etmək üçün paytaxtın mərkəzində yerləşən Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və G. Səfərəliyeva, Üzeyir Hacıbəyov, İstiqlaliyyət , Əziz Əliyev, Ə. Cavad, 28 may, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və “Nizami” metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Ə. Hüseynzadə küçəsinə qədər olan hissə, Hökumət Evinin ətrafı, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Xəqani adına bağın ətrafı (keçmiş "9 Yanvar" bağı) və digər yerlərdə parklanma və durma qəti qadağandır. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.
V. Əsədov həmçinin bildirib ki, qanunun göstərişin əməl etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.
V. Əsədov sürücülərə avtomobillərini saxlamaq üçün yeni istifadəyə verilən yeraltı qarajlarda saxlamağı məsləhət görüb.
O sürücülərə müraciətində bildirib ki, DYP tərəfindən təyin edilən cərimə məbləği göstərilən dayanacaqlarda avtomobili saxlamaq üçün ödənilən məbləğdən bir neçədə dəfə artıqdır.
banner

Oxşar Xəbərlər