AZE | RUS | ENG |

Bakıda yol kənarında avtomobil saxlamağa icazə verilməyəcək

Bakıda yol kənarında avtomobil saxlamağa icazə verilməyəcək
Bakıda yeraltı qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O bildirib ki, paytaxt ərazisində tikilən yeraltı qarajlar tam istifadəyə verildikdən sonra həmin qarajların yaxınlıqlarında dayanma və durma qaydasına icazə verilən nişanlar quraşdırılacaq. Yeraltı qarajlardan istifadə etməyən və avtomobili dayanma və durmanı qadağan edən nişanların təsir sahəsində saxlayan sürücülər cərimə ediləcək. V.Əsədov həmçinin qeyd edib ki, son bir həftə ərzində paytaxt ərazisində dayanma və durma qaydasını pozan 320 sürücü cərimələnib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311