• cümə axşamı, 25 aprel, 01:37
  • Baku Bakı 19°C

Bakıda yeni metro xəttinin inşasına başlanılıb

08.01.14 11:52 1638
Bakıda yeni metro xəttinin inşasına başlanılıb
Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, xətlər ayrılacağı təqdirdə, «Xətai» stansiyasından sonrakı inşaat mərhələsi tamamlanacaq.
Belə ki, beşillik dövlət proqramına əsasən, «Həzi Aslanov-2» stansiyasından Köhnə və Yeni Günəşli yaşayış sahələrinə metro xətti çəkiləcək və hazırda adı çəkilən birinci stansiya ilə yanaşı, tunellərin qazılması davam edir.
Lakin bu sahə Yaşıl xəttin bir hissəsidir. Mövcud şəraitdə burada məkik hərəkət təşkil edilməlidir. Amma bu problemin aradan qaldırılması üçün «Həzi Aslanov-2»dən «Xətai»yə qədər olan sahənin və daha 3 stansiyanın inşası vacibdir.
Hazırda Bakının Nobel prospektində neftayırma zavodunun ərazisində inşaat işlərinə başlanılıb və bu il burada qazma maşınları hərəkətə gətiriləcək. İnşaat hər iki istiqamətdə aparılacaq. Bunun ardınca, Nobel prospektindəki «Luna Park»ın yaxınlığında, həmçinin Bakı Avtomobil Zavodunun ərazisindəki stansiyaların inşası da başlayacaq.
Bununla da sərnişinlərin istər «28 May»-«Cəfər Cabbarlı», istərsə də «Həzi Aslanov»-«Həzi Aslanov-2» keçid stansiyalarına yönləndirilməsi ilə mövcud sərnişindaşıma problemləri aradan qalxacaq. Bu, həmçinin paytaxtın əhalisi sıx olan Köhnə və Yeni Günəşli, Təzə və Köhnə Əhmədli, Zığ, Hövsan, Qaraçuxur kimi yaşayış sahələrinin əhalisinin də şəhərə axınının tam fərqli prizmadan qurulmasını təmin edəcək.
banner

Oxşar Xəbərlər