• cümə, 29 Mart, 10:39
  • Baku Bakı 5°C

Bakıda yeni Data jurnalistika kursu başlayır

05.12.17 19:57 6209
Bakıda yeni Data jurnalistika kursu başlayır
Azərbaycanın onlayn, yayım və çap mətbuatından 30 nəfər jurnalist Birləşmiş Ştatların Bakıdakı səfirliyinin dəstəyi ilə bu ilin dekabrından 2018-ci ilin may ayına qədər davam edəcək yeni Data Jurnalistika Kursunun bir hissəsi olan Data Vizuallaşdırılması seminarında iştirak edir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, seminar Oksfordun Miqrasiya, Siyasət və Cəmiyyətə Yardım Mərkəzinin (COMPAS) mütəxəsissləri Rob MakNil və Villiam Allen tərəfindən idarə edilirək Avrasiya Əməkdaşlıq Fondu və Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzi (ICMPD) tərəfindən Azərbaycanda həyata keçirilən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "MOBILAZE” layihəsi tərəfindən təşkil edilib.
Data Jurnalistikası artıq yeni bir konsepsiya deyil. Yaradılan kütləvi informasiya vasitələrinin əksər hallarda xüsusi data qrupu olur və professional jurnalistlər gündəlik hekayələrini auditoriyaya daha yaxşı çatdırmaq üçün datadan istifadə edirlər. Azərbaycanın kütləvi informasiya vasitələrinin işçiləri arasında data savadlılığının təşviq edilməsi məqsədilə Data Jurnalistika Kursu bu kimi mövzuları əhatə edəcək: xəbərdəki datanın rolu, data jurnalistləri üçün zəruri olan bacarıqlar, müvafiq məlumatın tapılması, cəlbedici hekayələrin müəyyənləşdirilməsində data analizinə yanaşmalar, datanın dəqiq və aydın təqdimatı.
Beynəlxalq və yerli mütəxəssislər tərəfindən hazırlanan kurs ən yaxşı beynəlxalq təcrübənin ümumi nəzəriyyəsini təqdim edəcək və iştirakçıların öz sahələrində datadan müvəffəqiyyətlə istifadə etmək üçün praktik bacarıqlara yiyələnməsini təmin edəcək.
banner

Oxşar Xəbərlər