• çərşənbə axşamı, 16 aprel, 15:30
  • Baku Bakı 19°C

Bakıda yaşayış binasında yanğın - 20 nəfər təxliyə olunub

10.08.15 11:37 1242
Bakıda yaşayış binasında yanğın - 20 nəfər təxliyə olunub
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 51 p.m yanıb.
Yanğın nəticəsində binadan 20 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər