• cümə, 26 Aprel, 22:45
  • Baku Bakı 22°C

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

09.02.20 10:20 451
Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
banner

Oxşar Xəbərlər