• cümə, 19 Aprel, 21:18
  • Baku Bakı 24°C

Bakıda yanğın: 2 nəfər xəsarət alıb

24.05.13 18:27 1646
Bakıda yanğın: 2 nəfər xəsarət alıb
Bakıda baş verən yanğında 2 nəfər xəsarət alıb, 26 nəfər təxliyə olunub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində qaz sayğacı quraşdırılan zaman ani alışmadan yanğın baş verib. Nəticədə 9 ədəd qaz, 11 ədəd elektrik sayğacı, 15 p.m elektrik və antena kabellərinin üzlüyü yanıb.
Yanğın zamanı 2 nəfər xəsarət alıb, 26 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
banner

Oxşar Xəbərlər