• cümə, 19 Aprel, 00:43
  • Baku Bakı 18°C

Bakıda yağmursuz hava proqnozlaşdırılır

04.12.13 12:12 1338
Bakıda yağmursuz hava proqnozlaşdırılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz, lakin bəzi cənub rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 8-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 7-də atmosfer təzyiqinin qısa müddətdə xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.
banner

Oxşar Xəbərlər