• çərşənbə, 17 Aprel, 00:33
  • Baku Bakı 14°C

Bakıda yağış yağacaq - Proqnoz

24.09.14 13:38 1162
Bakıda yağış yağacaq - Proqnoz
Fasilələrlə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında gecə şimşək çaxacaq, güclü şimal qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu, gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə yağışının intensivləşəcəyi gözlənilir. Gecə güclənən qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 15-20, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər