• cümə axşamı, 25 aprel, 18:24
  • Baku Bakı 21°C

Bakıda yağan intensiv yağışın nəticələri aradan qaldırılır

23.09.18 14:22 608
Bakıda yağan intensiv yağışın nəticələri aradan qaldırılır
Bu gün səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.
FHN-dənAZƏRTAC-a bildiriblər ki, görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər xilasetmə tədbirlərinin görülməsini davam etdirir.
banner

Oxşar Xəbərlər