• cümə, 19 Aprel, 16:43
  • Baku Bakı 25°C

Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçiriləcək

22.10.19 12:38 391
Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçiriləcək
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə oktyabrın 23-də Bakıda "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçiriləcək.
KomitədənAZƏRTAC-a bildiriblər ki, konfransda rəsmi şəxslərin, dini icma sədrlərinin, din xadimlərinin, gənclərin, dinşünas alimlərin, mütəxəssislərin və ilahiyyatçıların iştirakı nəzərdə tutulub.
Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, eləcə də dinin cəmiyyət həyatında, onun mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu barədə müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər