• cümə axşamı, 25 aprel, 06:14
  • Baku Bakı 14°C

Bakıda “Xruşşovka”ların sökülməsi təxirə salınıb

08.11.13 10:19 1823
Bakıda “Xruşşovka”ların sökülməsi təxirə salınıb
Bakıda “Xruşşovka” kimi tanınan beşmərtəbəli yaşayış binalarının sökülməsi təxirə salınıb.
Bu məsələ Bakının Regional İnkişaf Planında da nəzərdə tutulmur.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.
Onun sözlərinə görə, bu məsələnin reallaşdırılması hələlik tezdir: “Bu tip binaların sökülməsi üçün Belarusda, Ukraynada xüsusi proqramlar qəbul olunub. Amma bizdə iqlim şəraitinə, əhalinin binalara olan diqqətinə görə “Xruşşovka” binaların vəziyyəti heç də pis deyil və bu binaların ləğvinə hələ ki ehtiyac yoxdur. Bu binaların istismar müddəti yüksəkdir və bizim hesablamalarımıza əsasən, 100 ildir. Amma planlaşma baxımından hansısa investor həmin binaları sökərək yerində yeni yaşayış binası tikməyi təklif edərsə, biz bunu dəstəkləyərik”.
banner

Oxşar Xəbərlər