• cümə, 29 Mart, 02:40
  • Baku Bakı 7°C

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı başlayır

05.06.18 11:47 880
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı başlayır
Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start veriləcək.
Trend-in məlumatına görə, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycanı 8 idmançı təmsil edəcək. "Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Velosiped idmanının Olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır. Prezident İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli sərəncamı ilə dünya çempionatının Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Sərəncama əsasən, Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin edilib.
banner

Oxşar Xəbərlər