• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

Bakıda vəhhabi olduğu bildirilən şəxslərə qarşı əməliyyat

17.03.14 10:57 1136
Bakıda vəhhabi olduğu bildirilən şəxslərə qarşı əməliyyat
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvanda əməliyyat keçirən polis 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər.
APA polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il təvəllüdlü Arif Məmmədovu taparaq ondan məsələyə münasibət öyrənib.
A. Məmmədov APA-ya açıqlamasında bildirib ki, onlar 10 ilə yaxındır ki, yaşadığı evdə ibadətlə məşğul olurlar: ““Əbu Bəkr” məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib”.
banner

Oxşar Xəbərlər