AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda uşağın mədəsindən batareya çıxardılar

Bakıda uşağın mədəsindən batareya çıxardılar

Təfsilat
20 May 2013, 09:31 1097
Ötən şənbə günü Mərkəzi Neftçilər Xəstəxanasında qastroskopiya vasitəsi ilə azyaşlı uşağın mədəsindən yad cisim çıxarıblar.

Day.Az xəbər verir ki, adı açıqlanmayan 3 yaşlı oğlan uşağı televizor pultunun batareyasını udubmuş.

Uşaq hazırda özünü normal hiss edir. O, artıq evə buraxılıb və səhhəti ilə bağlı heç bir problem yoxdur.