• cümə axşamı, 28 mart, 15:56
  • Baku Bakı 16°C

Bakıda UNESCO-nun sessiyası keçirilir

02.12.13 09:19 1092
Bakıda UNESCO-nun sessiyası keçirilir
APA-nın məlumatına görə, 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak etdiyi sessiya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.
Azərbaycan tərəfdən tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, elm xadimləri iştirak edir. Tədbirlər çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq. Gündəlikdə duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu da yer alıb.
Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb.
banner

Oxşar Xəbərlər