• cümə, 29 Mart, 06:11
  • Baku Bakı 5°C

Bakıda üç nəfəri vuran sürücü tutulub

08.08.17 21:23 1858
Bakıda üç nəfəri vuran sürücü tutulub
Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər ProkurorluğundanAPA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 26-da paytaxtın Binəqədi rayonu ərazisində Həsənov Ceyhun Cavanşir oğlunun idarə etdiyi "İnfiniti” markalı, 99-KZ-211 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar - Ramilə İsgəndərova, Rəna Tağıyeva və Məlahət Qasımovanı vuraraq onlara bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış Gülcahan Poladovaya məxsus "Baic Mini” markalı, 90-TE-729 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində C.Həsənov avqustun 7-də tutularaq istintaqa cəlb edilib.

C. Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər