Bakıda üç nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır
Bakının Xətai, Xəzər və Yasamal rayonlarında yol-nəqliyyat hadisələri baş verib.
Piyada vurulması ilə nəticələnən digər hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığından keçən 1975-ci il təvəllüdlü Salmanova Dürdanə Xəqani qızını da minik avtomobili vurub. Piyada ağır xəsarətlər alıb.
APAxəbər verir ki, Xətai rayonundakı hadisə Sadıq Orucov küçəsində qeydə alınıb.
29 yaşlı Məmmədov Vasif Yusif oğlunu minik avtomobili vurub. V.Məmmədov ağır kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri alıb.Piyada vurulması ilə nəticələnən digər hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığından keçən 1975-ci il təvəllüdlü Salmanova Dürdanə Xəqani qızını da minik avtomobili vurub. Piyada ağır xəsarətlər alıb.
Analoji hadisə Xəzər rayonunda da baş verib. 1979-cu il təvəllüdlü Xəlilova Validə Rayəddin qızını nəqliyyat vasitəsu vurub.
Hər üç hadisədə xəsarət alanlar 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.