Bakıda TV və radioyayımın dayandırılmasına aydınlıq gətirildi

Bakıda TV və radioyayımın dayandırılmasına aydınlıq gətirildi

Təfsilat
15 Aprel 2013, 14:25 883
Profilaktik işlərin həyata keçirilməsi ilə əlaqədar rəqəmsal TV və radio paketinin yayımı dayandırılıb. Bu barədə Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.

Məlumata görə, hazırda İB-nin mütəxəssisləri texniki işlərin aparılması üçün Bakı Televiziya Qülləsindədirlər. "Hazırda sosial paketdə təqdim edilən dövlət telekanallarının işi bərpa edilib. Rəqəmsal sosial paketin işi saat 16:00-da tam bərpa ediləcək", - İB-dən bildiriblər.

Qeyd edək ki, hazırda əhali 12 televiziya kanalından ibarət sosial paketdən istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir. Rəqəmsal yayıma keçid üçün abonentlər dekoder əldə etməlidirlər.