• cümə axşamı, 25 aprel, 08:45
  • Baku Bakı 14°C

Bakıda “Türkiyə - Azərbaycan təhsil körpüsü” adlı konfrans keçirilib

21.04.18 16:12 1437
Bakıda “Türkiyə - Azərbaycan təhsil körpüsü” adlı konfrans keçirilib

Bu gün Bakıda "Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə "Türkiyə - Azərbaycan təhsil körpüsü” adlı təhsil konfransı baş tutdu. Tədbirdə çıxış edən "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, türkiyəli və yerli qonaqlara konfransda iştiraklarına görə minnətdarlığını bildirərək bu tədbirin Azərbaycan təhsili, ölkə gəncləri üçün faydalı olacağını qeyd etdi. Təsisçi ulu öndər Heydər Əliyevin təhsil haqqında söylədiyi fikirləri xatırladaraq ”Təhsil bir millətin gələcəyidir. Əgər bir millətin inkişaf etməyini istəyirsinizsə, onun təhsilini inkişaf etdirmək lazımdır”-dedi. S.Vəliyeva ölkə prezidenti İlham Əliyevin də təhsilin inkişafı üçün mühüm addımlar atdığını diqqətə çatdırdı: "Ölkə başçısı "qara qızılı insan kapitalına çevirmək lazımdır” deyir”. S.Vəliyeva Türkiyədən gələn qonaqlara səslənərək qeyd etdi ki, təhsil almaq, təhsil əlaqələri qurmaq üçün üz tutduqları məkan dogrudur: "Kaspi Təhsil Şirkəti olaraq dünyanın bir çox nüfuzlu univetrsitetləri ilə əməkdaşlıq edirik. Bundan sonra da əlaqələrimizin inkişafı iki ölkənin təhsilinin inkişafına dəstək olacaq. Universitetlərinizə qəbul imtahanlarını bizim şirkətlə keçirməyiniz yaxşı olar. Çünki biz tələbələrimizin taleyi ilə hətta onlar ali təhsili başa vurduqdan sonra da maraqlanırıq. Bu baxımdan, əlaqələr qursaq hər iki ölkənin təhsilinə faydalı olar”.
Qeyd edək ki, Türkiyə və Azərbaycan universitetlərinin rəhbər şəxslərinin iştirak etdiyi konfransda "Azərbaycan və Türkiyə arasında təhsil-təcrübə mübadiləsi”, "Türkiyə beynəlxalq təhsil təcrübəsini necə mənimsədi?” "Türkiyədə ali təhsil imkanları”, "Türkiyədə tələbə olmaq” mövzusunda müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər