• cümə, 19 Aprel, 00:16
  • Baku Bakı 18°C

Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı başlayır

10.10.19 17:01 829
Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı başlayır
Türkiyənin Azərbaycandakı Mədəniyyət müşavirliyinin dəstəyi ilə Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı başlayır.
Belə ki, festivalın açılışı oktyabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində saat 11:00-da baş tutacaq. Festivala Azərbaycandan Aydın Nəcəfoğlunun "Yaşanan tarix” filmi təqdim ediləcək. Festivalda iştirak edən filmlər "9 ölkə, 9 şəhər, bir festival” devizi ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Bosniya Herseqovina, Şimali Kiprdə sənətsevərləri bir araya toplayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtımmüşaviriolanİrfan Çiftçi Türk Dünyası IV Sənədli Filmlər Festivalı ilə bağlı fikirlərini bölüşərkən bu festivalın türk dünyasının kinosevərləri üçün əhəmiyyətini qeyd etdi: "Türk dünyası IV Sənədli Filmlər festivalı kino sahəsində kifayət qədər həvəsi, marağı olan həvəskar bir qrupun təşəbbüskarlığı ilə başlayan bir layihədir. Buna Türkiyədən, Azərbaycandan, türk dünyasından kino insanları, türk dünyasının müxtəlif qurumları, ali məktəbləri dəstək verirlər. Hesab edirəm ki, sözügedən festivalın artıq həvəskarlıqdan çıxaraq daha ciddi və professional şəkildə nümayiş olunması lazımdır. Layihə böyük türk dünyasının sənədli film festivalının bir parçası olaraq yola başladı. Qazaxıstandan Dubaya, Azərbaycandan Makedoniyaya qədər türk dünyasında filmə həvəsi olan və bu sahədə təhsil alan tələbələri təşviq etdi. Belə festivalların keçirilməsi təqdirəlayiq haldır, ancaq həvəskar şəkildə davam etməsi yaxşı deyil. Bu işin daha da peşəkarlaşması və dünyaya açılması lazımdır. Sənədli festivalın hər il deyil, iki ildən bir keçirilməsini məqsədəuyğun hesab edirik. Ancaq layihə təşkilatçılarının belə böyük həvəs göstərdiyini gördükdə onları sadəcə dəstəkləyir və daha yüksək səviyyədə görməyi arzulayırıq”.
Türk Dünyası Universitetləri başda olmaqla incəsənət adamları arasında həyəcan yaradan festivalın qarşıdakı illərdə "Türk Dünyası Film Festivalı”na çevrilməsi gözlənilir.
Qeyd edək ki, oktyabrın 5-də TRT Tepebaşı Studiyasında açılış mərasimi baş tutan festival silsiləli şəkildə davam edir.
Azərbaycanda isə festivalın layihə tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Mətbuat Şurasıdır.

banner

Oxşar Xəbərlər