• cümə axşamı, 25 aprel, 14:04
  • Baku Bakı 23°C

Bakıda tuneldə şampan partladanlar həbs olundu - Video

18.07.18 16:24 686
Bakıda tuneldə şampan partladanlar həbs olundu - Video
Bakıda tuneldə avtomobillərini saxlayaraq şampan partladan və digər hərəkət iştirakçılarına maneçilik törədən gənclər həbs olunub. Bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, hadisə iyulun 8-də baş verib, toy karvanında iştirak edən bir qrup şəxs bu cür hərəkətə yol verib: "Hadisə ilə bağlı yeddi nəqliyyat vasitəsi aşkarlanıb, dörd nəfər 20 sutka və bir il sürücülük hüququndan məhrumetmə cəzası alıb, üç nəfər barəsində isə hazırda Nərimanov rayon məhkəməsi tərəfindən qərarın qəbul edilməsi üçün proses gedir”.
V.Əsədov bir daha toy karvanı iştirakçılarını diqqətli olmağa, pozuntulara yol verməməyə çağırıb.
Bölmə rəisi əlavə edib ki, həmin şəxslər, deyildiyi kimi məmur övladları olmayıb.
banner

Oxşar Xəbərlər