• cümə axşamı, 28 mart, 14:41
  • Baku Bakı 16°C

Bakıda tunel tikilir

10.04.14 09:28 1767
Bakıda tunel tikilir
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolun uzunluğu 610 metr, eni 26 metrdir. Yanaşma yollarının uzunluğu isə 1 100 m təşkil edir.
“Hazırda tunelin qapalı hissəsinin üzlük piltələrinin quraşdırılması, tavan hissəsinin alkopanla üzlənməsi, işıqlandırma sistemi, yan yollara mərmər bordürlərin qoyulması işləri həyata keçirilir. Gələn ayın əvvəlindən yanaşma yolları asfaltlanacaq”, - deyə P. Mürsəliyev əlavə edib.
Qeyd edək ki, yayda, təqribən iyun-iyul aylarında bütün işlərin yekunlaşması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər