• şənbə, 20 Aprel, 00:37
  • Baku Bakı 15°C

Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu mərhələsi start götürüb

07.05.17 13:47 1189
Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu mərhələsi start götürüb
Mayın 7-də Bakının Azadlıq meydanında "Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu – beşinci mərhələsinə start verilib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, velosipedçilər bu mərhələdə Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət etdikdən sonra Azadlıq meydanındakı finiş xəttinə çatacaqlar.
Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.
Bu yürüşdə "Synergy Baku”nun heyətində Elgün Əlizadə, Elçin Əsədov, Ənvər Asanov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç çıxış edirlər.
Dörd turun yekununda şəxsi hesabda "Synergy Baku”nun velosipedçisi Kiril Pozdnyakov liderdir. O, dağ velosipedçiləri arasında liderlik edir. Komanda hesabında isə Ukraynanın "Kolss” komandası yürüş cədvəlinə başçılıq edir.
Veloyürüşün ən gənc iştirakçısı Fransanın "Delko Marsel” komandasının üzvü Con Rodrigesdir.
banner

Oxşar Xəbərlər