AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda tolerantlıq nümunəsi - fotolar

Bakıda tolerantlıq nümunəsi - fotolar

Cəmiyyət
04 İyun 2013, 11:26 1118
Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə mənsub icmaların təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə dini icmaların nümayəndələri Bakı şəhəri Xəzər rayonunda yerləşən “Ümid yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzini ziyarət ediblər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə təşkil olunan bu aksiyada müsəlman, xristian və yəhudi icmaların nümayəndələri birlikdə iştirak ediblər. Ölkəmizdə ilk dəfə keçirilən aksiya uşaq evinin kollektivi tərəfindən müsbət qarşılanıb və bildirilib ki, bu Azərbaycanda mövcud dini tolerantlığın nümunəsidir. Eyni zamanda qeyd edilib ki, müxtəlif dinlərə mənsub icmaların məhz sosial layihələrdə əməli şəkildə bir araya gəlməsi dünyaya örnək ola biləcək addımdır. Dini icmaların nümayəndələri onların bu təşəbbüsünü dəstəklədiyinə görə Dövlət Komitəsinə və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinə təşəkkür ediblər. Qeyd edək ki, tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqati də iştirak edib.fotolar"> fotolar"> fotolar">