• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

Bakıda tikinti işlərinin 64,9 faizi qeyri-dövlət sektorunun payına düşüb

31.12.17 09:30 754
Bakıda tikinti işlərinin 64,9 faizi qeyri-dövlət sektorunun payına düşüb
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti sahəsinə yatırılan ümumi sərmayənin 35,1 faizi dövlət, 64,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bakı şəhər Statistika İdarəsindənAZƏRTAC-a bildirilib ki, həmin dövrdə paytaxtda Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, "Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu istifadəyə verilib.
banner

Oxşar Xəbərlər