• cümə, 29 Mart, 16:14
  • Baku Bakı 14°C

Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub

12.06.17 12:00 1340
Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub
İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
DİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər