Bakıda ticarət mərkəzində ölüm hadisəsi baş verib
Binə Ticarət Mərkəzində ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, ticarət mərkəzinə alış-veriş üçün gələn müştərilərdən biri, 1946-cı il təvəllüdlü Zahid Novruzov dayanacaqda qəflətən ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.