• cümə, 26 Aprel, 18:33
  • Baku Bakı 22°C

Bakıda təqaüdçü ailəni yatdığı yerdə soydular

28.05.13 11:00 1441
Bakıda təqaüdçü ailəni yatdığı yerdə soydular
Bakının Suraxanı rayonunda təqaüdçü ailəni yuxudan mənzildən gələn səs oyadıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən Elxan Həsənov küçəsində yerləşən mənzilin sahibi Nurəli Babayev səhərə yaxın otaqda hənirti hiss edib.
İlk olaraq həyat yoldaşının oyandığını zənn etsə də, onun yanında yatdığını görüb şübhə içərisində ayağa qaxıb. O, yataq otağının qapısını açmaq istərkən qapı bərkdən üzünə çırpılıb və kimlərinsə qaçdığını görüb. O, güc verib qapını açanda isə mənzilindən iki nəfərin qaçdığını görüb.
Ev sahibləri dərhal polisə məlumat veriblər. Polis müəyyən edib ki, oğrular N.Həsənovun ikinci mərtəbədə yerləşən mənzilinə evin pəncərəsindən daxil olublar. Çağırılmamış qonaqlar evin altını üstünə çevirərək əllərinə keçən 2 min manat pul, 2 qızıl saat və qızıl üzüyü aparıblar.
Hazırda polis taqaüdçü ailənin malına göz dikən şəxsləri axtarır.
banner

Oxşar Xəbərlər