Bakıda təmirə bağlanmış yol açıldı
Cavadxan küçəsində (4-cü mikrorayon dairəsi) Memar Əcəmi metrosu istiqamətində aparılan təmir işləri başa çatıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, təmir işləri başa çatdırıldığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qeyd edək ki, şəhərin mərkəzində mövsümi olaraq yollar təmir edilir.
Qeyd edək ki, şəhərin mərkəzində mövsümi olaraq yollar təmir edilir.