• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Bakıda təmirə bağlanan iki mərkəzi küçə açılır

24.04.15 13:03 1134
Bakıda təmirə bağlanan iki mərkəzi küçə açılır
Bakıda təmirdən sonra iki küçə sürücülərin ixtiyarına verilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın Ceyhun Hacıbəyli və Şəmsi Rəhimov küçələrində artıq son tamamlanma işləri həyata keçirilir.
Ceyhun Hacıbəyli küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Bundan əlavə küçənin Həsən Əliyev küçəsi ələ kəsişməsində mövcud olan dairə yenilənib.
Şəmsi Rəhimov küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində də köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.
Bu gün hər iki küçədə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlər bitəndən sonra küçələr tam olaraq sürücülərin ixtiyarına veriləcək.
Qeyd edək ki, hər iki küçənin uzunluğu 550 metr, eni isə 9,5 metrdir.
banner

Oxşar Xəbərlər