• cümə axşamı, 18 aprel, 12:39
  • Baku Bakı 22°C

Bakıda təmir olunan evdən silah-sursat tapılıb

12.07.18 13:00 573
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakı şəhərindətəmir olunan evdən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 10-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd "AKS” markalı silah, 7 ədəd patron darağıvə 219 ədəd patron aşkar edib. O, tapdığı silah-sursatı 4-cü Polis Şöbəsinə təhvil verib.
banner

Oxşar Xəbərlər