• cümə, 26 Aprel, 09:44
  • Baku Bakı 12°C

Bakıda təciliyardım zəncirvarı qəzaya düşdü, tıxac yarandı

21.11.13 08:58 1288
Bakıda təciliyardım zəncirvarı qəzaya düşdü, tıxac yarandı
Bakıda zəncirvarı qəza baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Bir neçə maşının toqquşması ilə nəticələnən qəzada xəsarət alanların olduğu bildirilir. Toqquşan avtomobillərdən biri təcilli tibbi yardım maşını olub.
Hazırda ərazidə böyük tıxac yaranıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Nobel prospektində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, adıçəkilən prospektdə, Neftayırma zavodunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəhər istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.
banner

Oxşar Xəbərlər