• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Bakıda təcili yardım sürücüsünü xəstəxanalıq etdilər

01.07.13 12:03 1204
Bakıda təcili yardım sürücüsünü xəstəxanalıq etdilər
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Bakı Şəhər Təcili Təxirəsalınmaz yardım stansiyasının Sabunçu şöbəsinin təcili yardım avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Ənvər Seyid oğlu Əliyev çağırış üzrə getdiyi Havər Vəliyev küçəsində kirayə yaşayan 1980-ci il təvəllüdlü Amidadlı şəxs tərəfindən döyülüb.
Polisdən həmçinin bildiriblər ki, sürücünün döyülməsinə səbəb çağırış yerinə gec gəlməsi olub.
Ə. Əliyev xəsarətlə 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.
banner

Oxşar Xəbərlər