• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

Bakıda Tanqo Festivalı

04.10.17 13:01 1973
Bakıda Tanqo Festivalı
4-7 oktyabr tarixində pulsuz tanqo dərsləri, rəqs performansları və canlı musiqi sədaları ilə Argentina Tanqosuna həsr olunmuş beynəlxalq tədbir olan İlk Bakı Tanqo Festivalı keçiriləcək.
Festival yerli rəqs məktəbləri olan "I.N. Tango Baku", "Tango ON" və "R&N-Project Dance School"-un dəstəyi, Passage 1901 restoranının sponsorluğu ilə Azərbaycandakı Argentina Səfirlyi tərəfindən təşkil olunub. Bütün dərslər və tədbirlər pulsuzdur.
Bu ilk nəşrin əsas məqsədi həmişə Tanqo oynamağı düşünən, lakin ilk addımı atmağa cəsarət etməyən insanlardır. Buna görə Argentina və Gürcüstandan dəvət olunan müəllimlərlə hər gün yeni başlayanlar üçün (və orta səviyyə) dərslər keçiriləcək.
Şənbə günü ayın 7-də Açılış Milonqası (milonqa spontan sosial rəqslər üçün insanların bir yerə yığılmasıdır) və Çakarera dərsi (Argentina folklore musiqisinin digər bir növü) də keçiriləcək.
Şənbə günü axşam yeni başlayanlar üçün 19:00 dərslərindən dərhal sonra Festivalın ən maraqlı hissəsi, Qala Milonqa başlayacaq: axşam saat 20:00-dan etibarən qonaqlar yerli musiqiçilər Aleksey Miltix(violonçel), Ceyla Seyidova(skripka) və Səidə Tağızadənin (piano) müşayəti ilə canlı tanqo musiqisi sədaları altında rəqs etməkdən həzz alacaqlar. Fasilələr zamanı qonaq və yerli müəllimlər bu audivizual səhnəni tamamlayaraq qısa rəqs performansları nümayiş etdirəcəklər
Festivalı tam proqramını və ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.facebook.com/events/175019413073458/
banner

Oxşar Xəbərlər