• cümə, 29 Mart, 02:23
  • Baku Bakı 7°C

Bakıda tanınmış karikaturaçı rəssamın əsərləri sərgilənəcək

12.05.18 09:50 1052
Bakıda tanınmış karikaturaçı rəssamın əsərləri sərgilənəcək
Mayın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi rəsm sərgisi açılacaq.
MuzeydənAZƏRTAC-a məlumat verilib ki, rəssamın 50 illiyinə həsr olunacaq sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə Bayram Hacızadənin yaradıcılığının son 30 ilini əhatə edən "Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturaları, beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin "Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olunacaq.
Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu "Kirpi”nin rəssamları” adlı kitabının təqdimatı da keçiriləcək. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər "Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat yer alıb.
banner

Oxşar Xəbərlər